Bank Of Baku

“Vostok” batalyonunun sabiq komandiri Sulim Yamadayev koma vəziyyətindədir

“Vostok” batalyonunun sabiq komandiri Sulim Yamadayev koma vəziyyətindədir
# 30 mart 2009 12:02 (UTC +04:00)
Dubay-APA. Sui-qəsdə məruz qalmış “Vostok” batalyonunun sabiq komandiri Sulim Yamadayev koma vəziyyətindədir. APA-nın məlumatına görə, Sulim Yamadayevin kişik qardaşı İsa bildirib ki, sabiq komandirə üç güllə dəyib. Ürək nahiyəsindən yaralanan Yamadayevin həyatı üçün təhlükə hələ də qalmaqdadır. Artıq Yamadayevin qohumları ona baş çəkmək üçün Rusiyadan Birləşmiş Ərəb Əmirliklərinə gəliblər. Qeyd edək ki, Sulim Yamadayev martın 28-də evinin yaxınlığında naməlum şəxs tərəfindən atəşə məruz qalıb. Cinayətkar Yamadayevin cangüdənini elektroşok vasitəsilə zərərsizləşdirib daha sonra sabiq batalyon komandirinə atəş açaraq aradan çıxıb. Bəzi kütləvi informasiya vasitələri isə Yamadayevə iki nəfərin hücum etdiyi barədə məlumat yayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR