Bank Of Baku

Ukrayna maliyyə çətinliklərinə görə bir neçə ölkədə səfirliklərini bağlayacaq

Ukrayna maliyyə çətinliklərinə görə bir neçə ölkədə səfirliklərini bağlayacaq
# 30 mart 2009 15:27 (UTC +04:00)
Kiyev-APA. Ukrayna Xarici İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərin fəaliyyətini optimallaşdırmaq yollarını araşdırmaq üçün işçi qrupu yaradıb. APA-nın məlumatına görə, XİN-in mətbuat katibi Vasili Kiriliç bildirib ki, söhbət səfirliklərin ixtisarından deyil, onların fəaliyyətinin optimallaşdırılmasından gedir: “İşçi qrupu səfirliklərdə ştatların azaldılması, həmçinin eyni səfirliyin bir neçə ölkədə fəaliyyət göstərmək imkanlarını araşdıracaq. Milli valyutanın dəyərsizləşməsi Xarici İşlər Nazirliyinin imkanlarına mənfi təsir göstərib. Bu səbəbdən kommunal xərclərin ödənilməsində və digər xərclərlə bağlı ləngimələr yaranıb”.

Qeyd edək ki, Ukrayna mətbuatı maliyyə çətinlikləri ilə əlaqədar 10 ölkədə səfirliklərin başlanacağı barədə məlumat yayıb. Məlumata görə, məhz vəsait olmaması səbəbilə dövlət rəsmilərinin xarici ölkələrə səfərləri də minimuma endirilib. Hazırda Ukraynanın xarici işlər naziri yoxdur, son naziri parlament martın 3-də vəzifəsindən azad edib. Prezident Yuşşenko bu vəzifəyə Ukraynanın ABŞ-dakı səfiri Oleq Şamşurun namizədliyini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR