Dmitri Medvedev G 20 sammitinin nəticələri barədə MDB liderlərini məlumatlandıracaq
31 mart 2009 13:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedev “Böyük iyirmilik” ölkələri dövlət və hökumət başçılarının aprelin 1-2-də Londonda keçiriləcək sammitinin nəticələri barədə MDB liderlərini şəxsən məlumatlandıracaq. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, D. Medvedev bunu MDB ölkələri maliyyə nazirlərini qəbul edərkən deyib. O, sammitdən sonra MDB ölkələri rəhbərlərinə zəng edəcəyini açıqlayıb: “Mən istəyirəm ki, yaxın tərəfdaşlarımız sammit haqqında məlumatı səfirliklərin hazırlayacağı teleqram və məruzələrdən yox, birbaşa iştirakçılardan alsınlar”. D. Medvedev Rusiyanın maliyyə naziri Aleksey Kudrinin də Londonda qəbul ediləcək qərarlar barədə MDB-dəki həmkarlarını məlumatlandıracağını söyləyib.
Xatırladaq ki, bu gün Moskvada MDB ölkələri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Muşavirəsinin növbəti toplantısı keçirilib. İclas iştirakçıları aprelin 2-də Londonda keçiriləcək G20 sammitinə dair MDB ölkələrinin birgə mövqeyini razılaşdırıblar.

MDB
Moskvada iri ticarət mərkəzi yanır
10:55
21 may 2024
Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
21:06
20 may 2024
Putin müdafiə nazirinin müavinini işdən çıxarıb
18:50
20 may 2024
Paşinyan: Bir çox Ermənistan vətəndaşı övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk edib
18:48
20 may 2024