Bank Of Baku

Mixail Saakaşvili: “Gürcüstan Rusiyaya kriminal ünsürlər ixrac edir”

Mixail Saakaşvili: “Gürcüstan Rusiyaya kriminal ünsürlər ixrac edir”
# 31 mart 2009 16:59 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin Rusiyaya kriminal avtoritet ixrac etdiyini deyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, M. Saakaşvili Daxili İşlər Nazirliyinin yeni binasının açılışındakı çıxışında qeyd edib ki, Gürcüstanın Rusiyaya əsas ixracı şərab deyil, “qanuni oğru” və digər kriminal ünsürlərdir. O bildirib ki, ölkə əvvəlki illərdən fərqli olaraq rüşvət almayan polislərin sayəsində mütəşəkkil cinayətkarlıqdan xilas olub. M. Saakaşvili DİN-in yeni binasını dünyadakı ən gözəl binalardan biri adlandırıb: “Biz bu gün bir əlimizlə bu cür binalar inşa edir, digər əlimizlə də Gürcüstanı düşmənlərdən müdafiə edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR