Bank Of Baku

Ukrayna parlamenti prezident seçkilərinin vaxtını müəyyənləşdirib

Ukrayna parlamenti prezident seçkilərinin vaxtını müəyyənləşdirib
# 01 aprel 2009 12:07 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası prezident seçkilərinin vaxtını müəyyənləşdirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, seçki 2009-cu il oktyabrın 25-nə təyin edilib. Bu qərarın lehinə 401 millət vəkili səs verib. Qərar dərc olunduğu andan qüvvəyə minir. Parlamentin sədri Vladimir Litvin qərarın siyasi xarakterli olduğunu bildirib. Prezident Viktor Yuşşenkonun qərarın ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyi bildirilir.
Xatırladaq ki, V. Yuşşenko 2004-cü ildə keçirilən seçkilərin 3-cü turunda (dekabrın 26-da) qalib gəlib. O, 2005-ci il yanvarın 23-də and içərək vəzifəsinin icrasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR