Bank Of Baku

Erməni politoloqa sui-qəsddə ittiham olunan “Türk Arşak” həbsxanadan qaçıb

Erməni politoloqa sui-qəsddə ittiham olunan “Türk Arşak” həbsxanadan qaçıb
# 02 aprel 2009 11:43 (UTC +04:00)
İrəvan – APA. Erməni politoloqu Levon Məlik-Şahnazaryana sui-qəsd ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş Gürcüstan vətəndaşı, “Türk Arşak” adı ilə tanınan Arşak Ağababyan saxlanıldığı həbsxanadan qaçıb. APA-nın “Armtoday” saytına istinadən verdiyi xəbərə görə, məhkəmənin hökmündən apellyasiya şikayəti verən A. Ağababyan yekun nəticəni gözləmədən Ermənistanda saxlanıldığı həbsxanadan qaçmağa nail olub. Qaçışın təfərrüatları haqda məlumat verilmir.
Qeyd edək ki, A. Ağababyan Ermənistanın Alaverdi şəhərində dünyaya gəlib və sonradan Gürcüstanın Marneuli rayonunun Şaumyan kəndinə köçüb. 2008-ci ilin əvvəllərində o, Şaumyan kənd sakini German Koncoryanla birlikdə Axan adlı azərbaycanlı ilə tanış olub. Dostlar Ermənistana gedərək L. Məlik-Şahnazaryanın yaşadığı yeri müəyyənləşdiriblər və bir neçə dəfə politoloqun yaşadığı Ptqni kəndində olublar. Onlar aprelin 22-də saat 23.50-də evin pəncərəsinə söykənmiş politoloqa 3 metrlik məsafədən atış açıblar. Ancaq güllə pəncərənin dəmir barmaqlığına dəyərək istiqamətini dəyişib. Bir neçə gün sonra “Türk Arşak” L. Məlik Şahnazaryana zəng edərək ondan öz ölümü haqqında xəbər yaymağı, adını dəyişməyi və mətbuatdakı çıxışlarına son qoymağı tələb edib, əks halda ailəsini məhv edəcəyi ilə hədələyib. L. Məlik-Şahnazaryan hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra A. Ağababyan 2008-ci il mayın 8-də Ermənistan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. O, məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. G. Koncoryan isə axtarılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR