Bank Of Baku

Vladimir Qarkun: “MDB ölkələrində qeydiyyata alınmış cinayətlərin sayı azalıb”

Vladimir Qarkun: “MDB ölkələrində qeydiyyata alınmış cinayətlərin sayı  azalıb”
# 03 aprel 2009 13:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında eyni zamanda keçirilmiş kompleks operativ-profilaktik tədbirlər nəticəsində 26,2 min cinayətin üstü açılıb, axtarışda olan 8,2 min nəfər saxlanılıb, 147 mütəşəkkil cinayətkar birlik və qrupun fəaliyyətinin qarşısı alınıb, 6,5 min odlu silah, 8,3 tondan artıq narkotik müsadirə edilib, 36 narkolaboratoriya, 54 qeyri-qanuni miqrasiya kanalı ləğv edilib, 258 insan alveri ilə faktı aşkarlanıb. APA-nın məlumatına görə, bunu MDB icra katibinin birinci müavini Vladimir Qarkun bu gün MDB xarici işlər nazirləri Şurasının iclasına həsr olunmuş keçirdiyi internet-konfransda deyib. O həmçinin bildirib ki, keçən ilin nəticələrinə görə MDB ölkələrində qeydiyyata alınmış cinayətlərin, o cümlədən şəxslərə qarşı ağır və xüsusi ağır xarakterli cinayətlərin, mülkiyyətə qarşı və xarici vətəndaşlara qarşı cinayətlərin sayı azalıb. Bununla yanaşı o bildirib ki, bir sıra təhlükəli cinayətlər üzrə kriminogen vəziyyət çətin olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR