Bank Of Baku

Gürcüstan Ombudsmanı: ““Qızılgül inqilabı”ndan sonra insanların hüquqları tez-tez pozulub”

Gürcüstan Ombudsmanı: ““Qızılgül inqilabı”ndan sonra insanların hüquqları tez-tez pozulub”
# 04 aprel 2009 10:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə müxalifət qüvvələrinin aprelin 9-na planlaşdırdıqları etiraz aksiyası Gürcüstanın Ombudsman təsisatının nümayəndələri tərəfindən izlənəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyanı izləyəcək Ombudsman təsisatının əməkdaşları üçün üzərində “Xalq müdafiəçisi” sözləri və 99 58 98 rəqəmli telefon nömrəsi yazılmış 100 ədəd köynək hazırlanıb.
Ombudsman Sozar Subari Gürcüstan mətbuatına açıqlamasında bildirib ki, “Qızılgül inqilabı”ndan sonra insanların hüquqları tez-tez pozulub. İndiyə kimi keçirilən aksiyalarda 23 şəxsin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirən Ombudsman deyib ki, onlar aksiyalarda iştirak etdiklərinə görə təqsirli biliniblər. S. Subari qeyd edib ki, mitinqdə hüquqları pozulanlar üzərində “Xalq müdafiəçisi” yazılmış köynək geyinən şəxslərə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR