Bank Of Baku

Moldovada keçirilən parlament seçkilərində Kommunist Partiyası qalib gəlib

Moldovada keçirilən parlament seçkilərində Kommunist Partiyası qalib gəlib
# 06 aprel 2009 09:08 (UTC +04:00)
Kişinyov – APA. Aprelin 5-də Moldovada keçirilən parlament seçkilərində prezident Vladimir Voroninin başçılıq etdiyi Kommunist Partiyası qalib gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kommunist Partiyası 49,91%, Liberal Partiyası 12,91%, Liberal-Demokrat Partiyası 12,23%, “Bizim Moldova” bloku isə 9,88% səs toplayıb. Seçkilərə qatılmış digər 13 siyasi partiya 6 faizlik minimum baryeri keçə bilmədiyindən parlamentdə təmsil olunmayacaq. Kommunistlər 101 yerlik parlamentdə 62-63 mandat əldə edəcəklər, bu isə üçdə iki səs çoxluğu deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR