Bank Of Baku

Gölə düşən nazir ölüb

Gölə düşən nazir ölüb
# 06 aprel 2009 09:14 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Buryatiya Respublikasının nəqliyyat, enerji və yol təsərrüfatının inkişafı naziri Sergey Çerniqovski yol qəzası nəticəsində ölüb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, S. Çerniqovskinin içində olduğu “Nissan Patrol” markalı avtomobil respublikanın Qremyaçinsk kəndi ərazisində buzlu Baykal gölünə düşüb. Nazir maşından çıxa bilməyərək dünyasını dəyişib, avtomobildəki digər şəxslər isə xilas ola biliblər. S. Çerniqovskinin cəsədi göldən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR