Bank Of Baku

Müxalifət Moldova prezidentinin iqamətgahını və parlament binasını yandırıb

Müxalifət Moldova prezidentinin iqamətgahını və parlament binasını yandırıb
# 07 aprel 2009 15:46 (UTC +04:00)
Kişinyov-APA. Moldova paytaxtında aksiya keçirən müxalifət nümayəndələri prezident iqamətgahını və parlamentin binasını yandırıblar. APA-nın məlumatına görə, administrasiya binasının ilk üç mərtəbəsinin pəncərələri aksiya iştirakçıları tərəfindən sındırılıb. “Moldova oyanıb”, “Biz Rumıniya ilə birləşmək istəyirik” şüarları səsləndirən müxalifət təmsilçiləri prezident administrasiyası və parlament binası üzərində Rumıniya və Avropa İttifaqının bayraqlarını qaldırıblar. Aksiyada hökumət binalarının dağıdılması prosesinin davam etdirilməsinə çağırışlar səslənir. Qeyd edək ki, hökumət binalarını mühafizə edən polislərlə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda bir neçə nəfər yaralanıb. Qeyd edək ki, Rumıniya və Avropa İttifaqının bayraqları ilə aksiya keçirən müxalifət seçkilərin nəticələrinin ləğv olunmasını, Moldova prezidenti Voroninin istefaya getməsini tələb edirlər. Bu gün Bakı vaxtı ilə 20-30-da prezident Voroninin ölkədəki durumla bağlı vətəndaşlara müraciət edəcəyi gözlənilir. Ölkədə televiziya yayımı, mobil rabitə və internetə çıxış dayandırılıb. Hazırda Moldova hökumətinin fövqəladə iclası keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR