Bank Of Baku

Moldovada hökumət binaları yenidən polisin nəzarətinə keçib

Moldovada hökumət binaları yenidən polisin nəzarətinə keçib
# 08 aprel 2009 07:29 (UTC +04:00)
Kişinyov-APA. Moldova polisi paytaxt Kişinyovda hökumət binalarını yenidən öz nəzarətinə götürüb. APA-nın məlumatına görə, polis parlament binasında qarşısında aksiyanı davam etdirən 10 nəfəri həbs edib. Ümumilikdə aksiya zamanı həbs olunanların sayı açıqlanmır. “İnterfaks”ın məlumatına görə, Bakı vaxtı ilə saat 03.00 radələrində Kişinyovun mərkəzinə əlavə polis qüvvələri yeridilib. Polis prezidentin iqamətgahını, parlament, Mərkəzi Seçki Komissiyası, DİN, XİN, Ədliyyə Nazirliyi, Milli İctimai Televiziyanın yerləşdiyi binaların mühafizəsini gücləndirir. Yerli media orqanları hökumətin fövqəladə iclasının səhərədək davam etdiyini bildirirlər. Dünən Moldovada bir çox kabel televiziyaları ilə aksiyadan canlı yayım verən Rumıniya kanallarının yayımı dayandırılıb. Dünən axşam xalqa müraciət edən prezident Vladimir Voronin müxalifətin əməllərini çevriliş kimi dəyərləndirib və iğtişaşlara görə rəqiblərini günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR