Bank Of Baku

MDB XİN başçılarının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək

MDB XİN başçılarının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək
# 08 aprel 2009 09:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Aprelin 10-da Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, iclasın gündəliyinə müxtəlif sahələri əhatə edən 20 məsələ salınıb. Nazirlər faşizm üzərində qələbənin 65 illiyinə hazırlıq, humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı, təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə və miqrasiya məsələlərinə dair bir sıra sənədləri müzakirə edəcəklər. XİN başçılarının müzakirəsinə Abxaziyada münaqişənin nizamlanması üzrə MDB-nin müvəqqəti operativ işçi qrupun fəaliyyətinin dayandırılması haqqında sənədin layihəsi çıxarılacaq. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR