Bank Of Baku

Moldova Rumıniya səfirini “persona non-qrata” elan edib

Moldova Rumıniya səfirini “persona non-qrata” elan edib
# 08 aprel 2009 11:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moldova Rumıniya ilə viza rejimi tətbiq edir. APA-nın «Novosti Moldova»ya istinadən məlumatına görə, bu barədə Moldova prezidenti Vladimir Voronin bildirib. Bundan başqa, V. Voronin Rumıniyanın Moldovadakı səfirini “persona non-qrata” elan edib.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə etiraz edən Moldova müxalifəti paytaxt Kişinyovda kütləvi aksiyalar keçirir. Dünən parlament binasını və prezident iqamətgahını ələ keçirən müxalifətçilər binalara od vurub, parlament binası üzərində Avropa İttifaqının və Rumıniyanın bayrağını qaldırıblar. Bundan başqa, aksiyalarda Rumıniya ilə birləşmək şüarları da səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR