Bank Of Baku

Moldova müxalifəti hökumət binası qarşısında aksiyanı bərpa edib

Moldova müxalifəti hökumət binası qarşısında aksiyanı bərpa edib
# 08 aprel 2009 11:07 (UTC +04:00)
Kişinyov-APA. Moldova müxalifəti Nazirlər Kabinetinin binası qarşısında mitinqləri yenidən bərpa edib. APA-nın məlumatına görə, hazırda binanın qarşısına 200-dək insan toplaşıb, aksiya iştirakçılarının sayı getdikcə artır. Hökumət binası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Yaxın saatlarda Nazirlər Kabinetinin iclas zalında prezident Vladimir Voroninlə ictimai təşkilatların təmsilçiləri arasında görüş keçiriləcək. Hələlik müxalifət liderləri mitinqə qoşulmayıblar. Onlar dünən paytaxtda baş verən kütləvi iğtişaşlarda müxalifətin heç bir iştirakı olmadığını bəyan ediblər. Qeyd edək ki, dünən Moldova paytaxtında baş verən iğtişaşlar zamanı 200-dək insan həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR