Bank Of Baku

Ukrayna prezidenti Ali Radanın müəyyənləşdirdiyi seçki tarixinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib

Ukrayna prezidenti Ali Radanın müəyyənləşdirdiyi seçki tarixinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
# 08 aprel 2009 12:58 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın növbəti prezident seçkilərinin tarixini bu il oktyabrın 25-nə təyin etməsi barədə qərarının ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə prezident katibliyi rəhbərinin müavini Marina Stavniyçuk məlumat verib.

Xatırladaq ki, aprelin 1-də Ukrayna Ali Radası prezidenti seçkilərinin vaxtını 2009-cu il oktyabrın 25-nə təyin edib. Halbuki qanuni əsasən seçki 2010-cu il yanvarın 17-də keçirilməlidir. V. Yuşşenko bəyan edib ki, növbədənkənar prezident seçkiləri ilə o halda razılaşa bilər ki, eyni gündə növbədənkənar parlament seçkiləri də keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR