Bank Of Baku

Vladimir Voronin: “Rumıniya Moldovada dövlət çevrilişi həyata keçirmək istəyib”

Vladimir Voronin: “Rumıniya Moldovada dövlət çevrilişi həyata keçirmək istəyib”
# 08 aprel 2009 13:13 (UTC +04:00)
Kişinyov-APA. Moldova prezidenti Vladimir Voronin paytaxtda baş verən iğtişaşlara görə qonşu Rumıniya dövlətini suçlandırıb. APA-nın məlumatına görə, ictimaiyyətin nümayəndələri ilə görüşən Voronin bildirib ki, Moldovanın da səbrinin həddi var: “Bu səbəbdən Rumıniyanın Moldovadakı səfiri Filipp Teodoresku “persona non qrata” elan olunub, iki ölkənin sərhədində isə viza rejimi tətbiq eləmişik”. Moldovada baş verən son hadisələri dövlət çevrilişi kimi dəyərləndirən Voroninin sözlərinə görə, iğtişaşların təşəbbüskarları artıq ölkəni tərk ediblər. Prezident iğtişaş törədənlərin aşkara çıxarılacağına və layiqli cəza alacaqlarına söz verib. Qeyd edək ki, Moldova son hadisələrdən sonra Rumıniyadakı səfiri Lidiya Quçunu da geri çağırıb. Moldova vətəndaşlarının bir hissəsi hələ 90-cı illərin əvvəllərindən başlayaraq ölkənin Rumıniya ilə birləşməsini tələb edirlər. Onların fikrincə, bu birləşmə nəticəsində Moldova avtomatik olaraq Avropa Birliyinin üzvü olacaq. Avropa İttifaqı isə Moldovanın ağır sosial-iqtisadi durumunu və Dnestryanı münaqişəni nəzərə alaraq bu birləşmə istəyinə o qədər də maraq göstərmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR