Bank Of Baku

Tiflisdə 30 yaşlı şəxs qətlə yetirilib

Tiflisdə 30 yaşlı şəxs qətlə yetirilib
# 08 aprel 2009 13:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə qətl hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə bu gün Tiflis şəhərinin Uznadze-43 ünvanında baş verib. 30 yaşlı Tiflis şəhər sakini Sandro Cibladze naməlum adamların odlu silahdan açdığı atəş nəticəsində yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib. Məlumata görə, öldürülən şəxs "Tao privet Bank"ın əməkdaşı olub. Ona 10 güllə dəydiyi bildirilib. Faktla bağlı cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR