Bank Of Baku

Rumıniya Moldova prezidentinin ittihamlarını rədd edib

Rumıniya Moldova prezidentinin ittihamlarını rədd edib
# 08 aprel 2009 14:43 (UTC +04:00)
Buxarest-APA. Rumıniya Xarici İşlər Nazirliyi Moldovada dövlət çevrilişən cəhdlə bağlı ölkəsinə qarşı irəli sürülmüş ittihamları rədd edib. APA-nın məlumatına görə, bununla bağlı bəyanat Rumıniya xarici siyasət idarəsinin rəsmi saytında yerləşdirilib. Qeyd edək ki, Kişinyovda iğtişaşların Rumıniya tərəfindən törədilməsi fikrini Moldova prezidenti Vladimir Voronin irəli sürüb. O bununla bağlı ölkənin Rumıniyadakı səfirini geri çağırıb, rumın səfirini “persona non qrata” elan edib, iki ölkə arasında viza rejiminin tətbiqinə dair sərəncam imzalayıb. İğtişaşların Rumıniya tərəfindən hazırlanmasını isbatlayacaq dəlil kimi aksiya iştirakçılarının nümayişə bu ölkənin bayraqları ilə çıxması göstərilir. Şahidlər hökumət binalarına hücum edən kütlənin Moldovanın Rumıniya ilə birləşməsini tələb etdiyini deyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR