Bank Of Baku

Gürcüstanda hazırlanan əfv siyahısında azərbaycanlıların da adları var

Gürcüstanda hazırlanan əfv siyahısında azərbaycanlıların da adları var
# 08 aprel 2009 15:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın prezident iqamətgahında Əfv Komissiyasının iclası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Ombudsmanı Sozar Subari jurnalistlərə açıqlamasında bildirib ki, komissiyanın iclasında 530 nəfər məhkumun işinə baxılıb. S. Subarinin sözlərinə görə, siyahıda adları olan şəxslərin Pasxa bayramına qədər azadlığa buraxılması gözlənilir. Bunun üçün komissiyanın hazırladığı siyahını Gürcüstan prezidenti tərəfindən imzalanması lazımdır. İmzalanacaq siyahı Gürcüstan patriarxına, prokurorluğa təqdim ediləcək.
Ombudsman qeyd edib ki, keзən iclasda 40 nəfər məhkumun ərizəsinə baxılıb.
Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyinin əməkdaşı Zaira Musayevanın APA-ya verdiyi məlumatına görə, baxılan ərizələrin iзində azərbaycanlıların da müraciətləri var: "Onların sayı 14 nəfərdir. Lakin ərizələri olan azərbaycanlılardan 6 nəfəri azadlığa buraxılacaq. Prezident siyahını imzaladıqdan sonra aprelin 12-13-də bütün azad olunan şəxslər kimi, azərbaycanlılar da evlərində olacaqlar".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR