Bank Of Baku

Nino Burcanadze: “Tiflis Dövlət Universitetinin qarşısından parlamentin binasına doğru hərəkət edəcəyik”

Nino Burcanadze: “Tiflis Dövlət Universitetinin qarşısından parlamentin binasına doğru hərəkət edəcəyik”
# 09 aprel 2009 10:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında bu gün keçiriləcək etiraz aksiyası Tiflis Dövlət Universitetinin qarşısından start götürəcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan parlamentinin keçmiş sədri, Demokratik Hərəkat - Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze məlumat verib. O bildirib ki, bu gün yerli vaxtla saat 12.00-da Demokratik Hərəkat-Vahid Gürcüstan, “Azadlıq Uğrunda Alyans”, “Gürcüstanı sənaye xilas edəcək” və “Gürcüstanın yolu” partiyalarının fəalları Tiflis Universitetinin 1-ci korpusunun qarşısında yığışaraq oradan parlamentin qarşısına doğru hərəkət edəcəklər. Aksiya iştirakçıları parlamentin binası qarşısında prezidentin istefası tələbini irəli sürəcəklər. Müxalifətçilər mitinqə 150 min insan toplamağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR