Bank Of Baku

Tiflisdə müxalifət qüvvələrinin birgə etiraz aksiyası başlayıb

Tiflisdə müxalifət qüvvələrinin birgə etiraz aksiyası başlayıb
# 09 aprel 2009 12:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə müxalifət qüvvələrinin birgə etiraz aksiyası başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyanın təşkilatçıları olan partiyaların liderləri aksiyanın keçirildiyi parlament binasının qarşısına gəliblər.
Minlərlə aksiya iştirakçısının qatıldığı aksiyada “Mixail Saakaşviliyə istefa!”, “Saakaşvili, qalstukunu çeynəmə!” və s. şüarlar yazılan plakatlar qaldırılıb. Bir qədər sonra Gürcüstan liderlərinin aksiyada çıxışları olacaq.

Mitinqin təşkilatçılarından biri – Gürcüstan parlamentinin keçmiş sədri, Demokratik Hərəkat - Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze aksiyadan əvvəl jurnalistlərə açıqlamasında deyib ki, 2004-cü ildə prezidentliyə Mixail Saakaşvilinin alternativsiz olaraq namizəd göstərilməsi onun səhvidir: “Hakimiyyət bir daha əlimizə keçərsə, bu səhvi bir daha təkrar etməyəcəyik”.

Gürcüstan Azadlıq Partiyasının lideri Konstnatin Qamsaxurdiya isə mətbuat nümayəndələrinə Mixail Saakaşvilinin həm daxili, həm də xarici siyasətdə böyük səhvlərinin olduğunu deyib: “Saakaşvilinin ən böyük səhvi isə avqust müharibəsini başlamaq oldu. Əgər Saakaşvilini hakimiyyətindən uzaqlaşdıra bilsək, milli bərabərlik koalisiyası hökuməti yaradacağıq”.

Qeyd edək ki, aksiya keçirildiyi ərazidə güclü polis mühafizəsi yoxdur. Aksiya iştirakçıları arasında üzərində “Xalq müdafiəçisi” köynəyi geyinən Gürcüstan Ombudsman təsisatının əməkdaşları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR