Bank Of Baku

Mixail Xubutiya: “Gürcüstanda güc strukturlarının kimin tərəfinə keçəcəyi sualı hələ də açıq qalır”

Mixail Xubutiya: “Gürcüstanda güc strukturlarının kimin tərəfinə keçəcəyi sualı hələ də açıq qalır”
# 09 aprel 2009 14:52 (UTC +04:00)
Moskva. Roman Aqayev-APA. “Gürcüstan hakimiyyət hələlik ordu və daxili qoşunlar nəzarətindədir, lakin güc strukturlarının kimin tərəfinə keçəcəyi hələlik açıq qalır. Buna görə də Gürcüstanda çoxminlik mitinqin vətəndaş müharibəsinə keçəcəyini gözləmək olar, lakin biz qan tökülməsinin şahidi olmaq istəmirik”. APA-nın Moskva müxbirinin məlumatına görə, bu fikirləri Moskvada keçirdiyi mətbuat konfransında “Rusiya Gürcüləri İttifaqı” ictimai təşkilatının prezidenti Mixail Xubutiya söyləyib. Onun sözlərinə görə, Rusiyada yaşayan gürcülər bu ölkənin vətəndaşları olduğundan, Gürcüstanın daxili işlərinə qarışa bilməzlər. Dmitri Medvedyevin “Rusiya Saakaşvili hakimiyyəti ilə danışıqlara getməyəcək” fikirlərini xatırladan Xubutiya bildirib ki, yaxın zamanlarda Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşması perspektivi yoxdur: “Vəziyyətdən yeganə çıxış yolu Gürcüstanda həm hakimiyyətin, həm də müxalifətin üzünü Rusiyaya tutmasında, senzuranın ləğvində və Gürcüstanda bütün səviyyələrdə antirusiya təbliğatını dayandırmaqdadır. Demək olar ki, hazırda Saakaşviliyə qarşı olanların hamısı cib müxalifətidir. Onların heç birinin adi Gürcüstan vətəndaşını varlı və xoşbəxt edəcək proqramı yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR