Bank Of Baku

Tiflisdə müxalifət tərəfdarları gecəni meydanda keçiriblər

Tiflisdə müxalifət tərəfdarları gecəni meydanda keçiriblər
# 10 aprel 2009 08:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan müxalifətinin Tiflisin mərkəzində - parlament binası qarşısında keçirdiyi etiraz aksiyası davam edir. Müxalifətçilər gecəni də Rustaveli prospektində keçiriblər. Reinteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Georgi Xaindrava APA-nın Gürcüstan bürosuna açıqlamasında əsas tələblərinin prezidentin istefası olduğunu bir daha təkrarlayıb: ”Bu, bizim ümumi mövqeyimizdir. Onun bu postdan getməsinə nail olacağıq. Biz rayonlardan insanları buraya gətirmək istəmirik. Burdakı gücümüzlə məqsədimizə nail olacağıq”.
Xalq Partiyasının lideri Koba Davitaşvili hakimiyyəti güc yolu ilə ələ keçirmək istəmədiklərini vurğulayıb: “Bizim tələbimiz növbədənkənar seçkilərin keçirilməsidir. Məsələn, bizim partiyamız parlament üsul-idarəsinin tərəfdarıdır. Mixail Saakaşvili istefaya getməyincə, biz də buradan getməyəcəyik. Bizim tələbimiz Konstitusiya çərçivəsindədir”.
“Gürcüstan mənim vətənimdir” Cəmiyyətinin sədri Əli Babayev isə Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dövlətini həmişə dəstəklədiyini söyləyib: “Son vaxtlar Gürcüstan-Azərbaycan dostluğundan çox danışılır, amma soydaşlarımızın problemləri həll olunmur. Onların vəziyyəti getdikcə pisləşir. Ona görə də bu aksiyada mən cəsarətlə fikrimi bildirdim. Biz gürcü xalqını dəstəkləyirik. Hakimiyyətə kim gəlirsə-gəlsin, bizim problemlərimizi həll edəcəksə, biz onu dəstəkləyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR