Bank Of Baku

Serj Sarkisyan Türkiyə ilə sərhədlərin oktyabrın 7-nə qədər açılacağına ümid edir

Serj Sarkisyan Türkiyə ilə sərhədlərin oktyabrın 7-nə qədər açılacağına ümid edir
# 10 aprel 2009 10:21 (UTC +04:00)
İrəvan – APA. Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə sərhədin bu il oktyabrın 7-nə qədər açılacağına ümid etdiyini bildirib. APA-nın xəbərinə görə, S. Sarkisyan bunu Rusiyanın “Vesti” telekanalına müsahibəsində deyib. O, iki ölkə arasında danışıqların yekunlaşmaq üzrə olduğunu söyləyib: “Sizin bildiyiniz kimi, biz Türkiyə ilə hər hansı şərt olmadan danışıqlara başlamışıq”. Bununla yanaşı, S. Sarkisyan bəyan edib ki, dünyada soyqırımı inkar edəcək bir erməni belə tapmaq mümkün deyil: “Biz xoş məram nümayiş etdirdik və mən ümid edirəm ki, türk tərəfi də bizim xoş niyyətimizi anlayacaq”.

Qeyd edək ki, oktyabrın 7-də Türkiyə və Ermənistan milli komandaları dünya çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda qarşılaşacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR