Bank Of Baku

Rusiya SQ Baş Qərargahı: Tezliklə strateji hücum silahlarına dair yeni saziş hazır olacaq

Rusiya SQ Baş Qərargahı: Tezliklə strateji hücum silahlarına dair yeni saziş hazır olacaq
# 24 fevral 2010 17:45 (UTC +04:00)
Bakı-APA. Strateji hücum silahlarına (SHS) dair yeni sənədin hazırlanmasına dair Rusiya-ABŞ danışıqları mürəkkəb olsa da, saziş tezliklə hazır olacaq. APA-nın vesti.ru saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəisi Nikolay Makarov bildirib.

«Biz hazırda elə bir nöqtəyə gəlmişik ki, tərəflər bir-birinin maraqlarını nəzərə almağın vacib olduğunu anlayırlar. Yeni saziş Rusiyanın maraqlarına zidd olmayacaq», - deyə N.Makarov «Russia Today» telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, SHS dair müqavilə SSRİ ilə ABŞ arasında 1991-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib. Həmin sənədə əsasən, tərəflər strateji daşıyıcıların, o cümlədən yerüstü qitələrarası ballistik raketlərin, sualtı qayıqlardakı və bombardmançı təyyarələrdə olan ballistik raketlərin sayını 1600 ədədə qədər azaldıblar.

Ötən ilin dekabrında həmin müqavilənin müddəti başa çatmasına baxmayaraq, Rusiya Prezidenti Dmitri Medvedev və ABŞ Prezidenti Barak Obama yeni sənədə imzalanana qədər köhnə müqavilənin şərtlərinə riayət ediləcəyi barədə bəyanat qəbul ediblər.

Prezidentlər yeni müqavilənin imzalanmasından 7 il sonra strateji silahların sayının 500-1100 ədədə qədər azaldılması barədə də razılığa gəliblər.

Fevralın əvvəlində Rusiya prezidentinin köməkçisi Sergey Prixodko yeni müqavilənin artıq mart ayında imzalana biləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR