Bank Of Baku

Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramını müzakirə ediblər

Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramını müzakirə ediblər
# 24 fevral 2010 21:21 (UTC +04:00)
Bakı-APA. İranın nüvə proqramı Rusiya prezidenti Dmitri Medvedevlə Avropa Birliyinin beynəlxalq məsələlər üzrə katibi Ketrin Eşton arasında aparılan danışıqların əsas mövzusu olub.

APA-nın «Azadlıq» radiosuna istinadən verdiyi məlumata görə, K.Eşton danışıqlardan sonra Rusiya ilə Qərb İrana qarşı sanksiyaların gücləndirilməsində bir mövqedən çıxış edəcəklərinə ümidvar olduğunu bildirib.

Moskvaya səfəri çərçivəsində K.Eşton xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Danışıqlarda tərəflər arasındakı viza rejiminin ləğvi müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR