Bank Of Baku

Kiyevdə uydurma “erməni soyqırımı”nın 95 illiyi münasibətilə abidə qoyulacaq

Kiyevdə uydurma “erməni soyqırımı”nın 95 illiyi münasibətilə abidə qoyulacaq
# 25 fevral 2010 16:19 (UTC +04:00)
Bakı – APA. Ukraynanın paytaxtı Kiyevin Qoloseyev rayon Şurası saxta “erməni soyqırımı”nın 95 illiyi münasibətilə abidə qoyulması üçün yerli erməni icmasından gələn müraciətə baxıb. APA-nın “Analitika.at.ua” portalına istinadən verdiyi məlumata görə, şura abidə üçün paytaxtın Odessa meydanında yer ayrılması barədə qərar qəbul edib.

Rayon Şurasının deputatı Artur Martirosyan qərarın Ukraynadakı erməni diasporası və bütün erməni xalqı üçün çox önəmli hadisə olduğunu deyib. O, əmin olduğunu bildirib ki, abidə Kiyev erməniləri və paytaxtın qonaqları üçün ziyarət yerinə çevriləcək. Ukrayna Erməni Milli Konqresinin rəhbəri Aşot Avanesyan isə aprelin 24-də abidənin ucaldılacağı yerə Ermənistandan gətirilmiş torpaq dolu kapsula, xatirə plitəsi və xaç qoyulacağını açıqlayıb. Abidənin il ərzində hazırlanması planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR