Bank Of Baku

Rusiya prezidenti İranı beynəlxalq ictimaiyyətin tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb

Rusiya prezidenti İranı beynəlxalq ictimaiyyətin tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb
# 26 fevral 2010 04:33 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev İranı beynəlxalq ictimaiyyətin nüvə proqramına son qoyulması ilə bağlı tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb. Prezident Medvedev bu çağırışı Fransanın Paris-Match jurnalına verdiyi müsahibəsi zamanı edib.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti İranın öz nüvə fəaliyyətlərini şəffaf şəkildə həyata keçirməli olduğunu deyib. Prezident Medvedev eləcə də, İranın ölkəsinə yaxınlığını əsas gətirərək, nüvə proqramı səbəbilə humanitar fəlakətin baş verəcəyindən ehtiyatlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR