Bank Of Baku

Ukrayna prezidenti Milli Antikorrupsiya Komitəsini təsis edib

Ukrayna prezidenti Milli Antikorrupsiya Komitəsini təsis edib
# 26 fevral 2010 20:47 (UTC +04:00)
Bakı-APA. Ukrrayna prezidenti Viktor Yanukoviç ölkədə Milli Antikorrupsiya Kolmitəsinin yaradılması barədə Fərman imzalayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Adı çəkilən sənəd prezidentin İnternet saytında dərc olunub.

Xatırladaq ki, prezidentliyə namizəd kimi, Yanukoviç seçicilərə ölkədə iqtisadi islahatlar həyata keçirməyi və korrupsiya ilə mübarizə aparmağı söz verib.

Fevralın 25-də prezident kürsüsü ilə vidalaşan Viktor Yuşenko isə dövlət başçısı olduğu müddət ərzində ölkədə korrupsiya ilə mübarizə apara bilmədiyini etiraf edib.

Fərmana əsasən, yeni yaradılmış Komitəyə prezident özü rəhbərlik edəcək. Qurumun icraçı katibi isə Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Raisa Boqatıryova təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR