Bank Of Baku

Ukraynanın yeni prezidenti martın 1-də ilk rəsmi xarici səfərini gerçəkləşdirəcək

Ukraynanın yeni prezidenti martın 1-də ilk rəsmi xarici səfərini gerçəkləşdirəcək
# 27 fevral 2010 16:30 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç martın 1-də ilk rəsmi xarici səfərini gerçəkləşdirəcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yanukoviç martın 1-də Brüsselə gedərək Avropa Birliyinin rəhbərliyi ilə görüşlər keçirəcək. O, AB Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Parlamentinin sədri Yeji Buzek, AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcək. Səfər 1 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR