Bank Of Baku

Belarusun “Avronest”də təmsilçiliyi ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib

Belarusun “Avronest”də təmsilçiliyi ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib
# 01 mart 2010 10:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Belarusun “Avronest”də təmsilçiliyi ilə bağlı danışıqlar uğursuzluğa düçar olub. APA-nın “Kommersant”a istinadən məlumatına görə, Avropa Birliyi bu quruma Belarusdan 5 iqtidar, 5 müxalifət və QHT təmsilçisinin daxil olmasını istəyib. Bu formulu razılaşdırmaq üçün Avropa Parlamentinin üzvləri Minskdə danışıqlar aparıblar. Lakin Belarus rəhbərliyi belə tərkiblə razılaşmayıb. Avropa Parlamentinin Litvadan olan üzvü Yustas Paletskis deyib ki, kompromisə nail olunmadığı üçün çox güman ki, 10 yerin hamısı müxalifətə veriləcək.

Xatırladaq ki, “Avronest” Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının parlament formatıdır. Bu quruma Avropa Birliyinə üzv ölkələrdən və “Şərq tərəfdaşlığı”na daxil olan Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistanın hər birindən 10 deputat daxil olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR