Bank Of Baku

Rusiya prezidenti milli komandanı Qış Olimpiya Oyunlarına hazırlayan məsul şəxsləri istefaya çağırıb

Rusiya prezidenti milli komandanı Qış Olimpiya Oyunlarına hazırlayan məsul şəxsləri istefaya çağırıb
# 01 mart 2010 13:43 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev milli komandanı Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarına hazırlayan məsul şəxsləri istefaya çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev “Yedinaya Rossiya” Partiyasının rəhbərliyi ilə görüşündə bu bəyanatla çıxış edib. O, aşağıdakıları bildirib: “Olimpiadaya hazırlığa görə kimlər məsuliyyət daşıyıbsa, onlar indi də məsuliyyət daşımalıdır. Məsul şəxslər cəsarətli qərar qəbul edərək müvafiq ərizə yazmalıdır. Yaza bilməsələr, biz kömək edərik”.

Qeyd edək ki, Rusiya komandası cəmi 3 qızıl medal qazanaraq ümumi komanda hesabında 11-ci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR