Bank Of Baku

ATƏT Tacikistanda parlament seçkilərinin qeyri-demokratik keçirildiyini bəyan edib

ATƏT Tacikistanda parlament seçkilərinin qeyri-demokratik keçirildiyini bəyan edib
# 01 mart 2010 15:23 (UTC +04:00)
Düşənbə-APA. ATƏT Tacikistanda parlament seçkilərinin qeyri-demokratik keçdiyini, bir çox demokratik standartlara cavab vermədiyini bəyan edib. APA-nın məlumatına görə, ATƏT-in saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, bəzi pozitiv irəliləyişlərə baxmayaraq seçkilər zamanı çoxsaylı qanun pozuntularına yol verilib. ATƏT əsasən seçicilərin informasiya əldə etmək hüququnun məhdudlaşdırıldığını, səsvermə günü çoxlu sayda qanun pozuntularına yol verildiyini, qutularda kütləvi halda bülletenlərin doldurulduğunu önə çəkib. Xatırladaq ki, MDB müşahidə missiyası ATƏT-dən fərqli olaraq seçkilərin demokratik keçdiyini bəyan edib. MDB-nin icra katibi Sergey Lebedev bildirib ki, seçkilər azad və şəffaf keçirilib, səsvermə isə milli seçki qanunvericiliyinə tam şəkildə uyğun olub. Tacikistan müxalifəti isə hakim partiyanı seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib. Qeyd edək ki, Tacikistan Mərkəzi Seçki Komissiyası seçicilərin 85 faizinin səsvermədə iştirak etdiyini açıqlayıb. Seçkilərdə 8 partiya iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR