Bank Of Baku

Ermənistan müxalifəti kütləvi aksiya keçirir

Ermənistan müxalifəti kütləvi aksiya keçirir
# 01 mart 2010 15:30 (UTC +04:00)
Bakı – APA. İrəvanda Erməni Milli Konqresinin təşkilatçılığı ilə 2008-ci il martın 1-də baş vermiş qanlı olayların 23-cü ildönümünə həsr olunmuş mitinq başlayıb. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, on minlərlə insanın qatıldığı aksiyanın əvvəlində ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Mitinqi açan Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin üzvü Aram Manukyan 1 mart qurbanlarının xatirəsinə abidə ucaltmaq fikrində olduqlarını və bu məqsədlə müsabiqə elan olunacağını açıqlayıb. O bildirib ki, aksiya ilə əlaqədar hakimiyyət orqanları paytaxta gələn bütün yolları bağlayıb, bölgələrdən İrəvana gələn mikroavtobuslar marşrutdan çıxarılıb, hətta şəhər nəqliyyatı da işləmir.

Sonra mitinqdə hadisələr zamanı öldürülən şəxslərin yaxınları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR