Bank Of Baku

Ermənistan müxalifəti növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir

Ermənistan müxalifəti növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir
# 01 mart 2010 16:59 (UTC +04:00)
Bakı – APA. Müxalif Erməni Milli Konqresi (EMK) bu ilin yayında Ermənistanda növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. APA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu tələbi EMK-nın mərkəzi ofisinin koordinatoru Levon Zurabyan bu gün İrəvanda keçirilən mitinqində səsləndirib.

Mitinqdə qəbul olunan bəyanatda müxalifət bir neçə tələb irəli sürüb. EMK, əsasən mart ayı ərzində beynəlxalq ekspertlər dəvət etməklə, 2008-ci ilin 1-2 martında baş vermiş hadisələri araşdıracaq komissiyanın yaradılmasını, həmin hadisələrdən sonra mitinq və yürüşlərin keçirilməsinə qoyulmuş qadağaların götürülməsini, may ayına qədər sərbəst teletezliklərə müsabiqə elan olunmasını və müstəqil A+ telekanalının efirə qaytarılmasını, mayın sonuna kimi seçki qanunvericiliyində islahatlar aparılmasını, iyun-sentyabr arasında isə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.

L. Zurabyan bildirib ki, Avropa Şurası (AŞ) Monitorinq Komitəsinin martın 17-də keçiriləcək və Ermənistanda vəziyyətə dair müzakirələrin də aparılacağı toplantısından bir gün əvvəl – martın 16-da bəyanatda əks olunmuş tələbləri AŞ-nın Ermənistandakı nümayəndəliyinə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR