Bank Of Baku

Rusiyada daha bir hərbiləşdirilmiş nazirlik yarana bilər

Rusiyada daha bir hərbiləşdirilmiş nazirlik yarana bilər
# 02 mart 2010 04:38 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin tərkibindən çıxarıldıqdan sonra Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMS) bəzi əməkdaşlarına şəxsi tabel silahları verilə bilər.

APA-nın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya FMS-in direktoru Konstantina Romodanovski bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma ölkə rəhbərliyi tərəfindən altı ay ərzində ölkədə qeyri-qanuni yaşayan şəxslərin ölkədən çıxarılmasına dair səlahiyyətlərin DİN-dən FMX-ə verilməsinə dair təkliflər hazırlamaq tapşırılıb.

«Bəzi prinsipial məsələlər istisna olmaqla biz bu səlahiyyətləri üzərimizə götürməyə hazırıq. Bu məsələlər ştat-vəzifə cədvəli və ölkədə qanunsuz yaşayan şəxslərin saxlanması üçün yerlərlə bağlıdır», - deyə o bildirib.

FMX-nin Daxili İşlər Nazirliyindən ayrılması Rusiya Prezidenti Dmitri Medvedevin DİN-də islahatların aparılması ilə bağlı təklifi əsasında aparılacaq ki, bunun da nəticəsində əməkdaşların sayını 2012-ci ilə qədər 20% ixtisara salmaq nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR