Bank Of Baku

Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba vəfat edib

Abxaz separatçılarının ilk lideri Vladislav Ardzinba vəfat edib
# 04 mart 2010 09:24 (UTC +04:00)
Bakı – APA. Abxaziya separatçılarının ilk lideri Vladislav Ardzinba martın 4-nə keçən gecə Moskvada vəfat edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Ardzinda fevralın 26-dan bəri Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə olunurdu. Son illər V. Ardzinbanın ağır xəstə olduğu haqda dəfələrlə xəbərlər yayılsa da, onun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi bəlli deyildi.

V. Ardzinba 1945-ci ildə dünyaya gəlib. 1980-ci illərin sonunda SSRİ-nin xalq deputatı seçilib. Gürcü-abxaz münaqişəsi zamanı abxaz silahlılarına başçılıq edib. 1994-cü ildə Abxaziyanın “prezidenti” seçilib, 5 il sonra ikinci müddətə separatçı rejimə rəhbər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR