Bank Of Baku

İnquşetiyada keçirilən hərbi əməliyyat zamanı mücahidlərin liderlərindən “Səid Buryatski” öldürülüb

İnquşetiyada keçirilən hərbi əməliyyat zamanı mücahidlərin liderlərindən “Səid Buryatski” öldürülüb
# 05 mart 2010 07:32 (UTC +04:00)
Nazran-APA. İnquşetiya ərazisində keçirilən xüsusi əməliyyat zamanı mücahid birləşmələrdən birinin lideri – “Səid Buryatski” ləqəbli Aleksandr Tixomirov məhv edilib. “Səid Buryatski”nin Nazranın Ekajevo rayonu ərazisində öldürüldüyü bildirilir. Bundan başqa əməliyyat zamanı daha 6 silahlı öldürülüb, 15 nəfər isə sağ ələ keçirilib. Çeçenistan və İnquşetiya hüquq-mühafizə orqanlarındakı mənbələr “Səid Buryatski”nin öldürüldüyünü təsdiqləsələr də, rəsmi Moskva hələlik bununla bağlı açıqlama yaymayıb. Buryatiya vətəndaşı olan Tixomirov 15 yaşında islam dinini qəbul edib və Səid adı götürüb. Xaricdə dini təhsil alan Səid 2008-ci ildə Doku Umarova sədaqət andı içib və hərbi birləşmələrin tərkibində fəaliyyət göstərib. “Səid Buryatski” Rusiyanın cənubunda mücahid birləşmələrinin əsas ideoloqlarından biri hesab olunurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR