Bank Of Baku

FTX: «Neva ekspresi»ni Səid Buryatski partladıb

FTX: «Neva ekspresi»ni Səid Buryatski partladıb
# 06 mart 2010 23:51 (UTC +04:00)
Bakı - APA. 2009-cu ilin noyabrında partladılmış «Neva ekspresi»nin partladılmasında yaraqlıların öldürülmüş ideoloqu Səid Buryatskinin (Aleksandr Tixomirov) daxil olduğu quldur dəstəsinin əli var. APA-nın məlumatına görə, bu barədə Rusiya FTX rəhbəri Aleksandr Bortnikov prezident Dmitri Medvedevə etdiyi məruzədə bildirib.

Bortnikov sözügedən quldur dəstəsinin daha 15 cinayəti törətməsinin sübut edildiyini də qeyd edib.

Xatırladaq ki, Səid Buryatski martın 2-3-də İnquşetiyanın Nazran rayonunda keçirilmiş əməliyyat nəticəsində öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR