«Yuxarı Lars nəzarət buraxılış məntəqəsinin açılması rus-gürcü-erməni maraqları dairəsində» adlı telekörpü keçirilib
Telekörpüdə Gürcüstan tərəfdən Qafqaz xalqları konfederasiyasının sədri Zaal Kasrelişvili, Gürcüstanda münaqişələrin həlli məsələləri üzrə keçmiş dövlət naziri, birləşmiş müxalifət liderlərindən biri olan Qoqi Xaindrava, Gürcüstan parlamentinin deputatı Nika Laliaşvili, Cənubi Qafqaz Regional Təhlükəsizlik institutunun direktoru Aleksandr Rusetski; Moskva tərəfdən Moskva Karneqi mərkəzinin elmi şurasının üzvü Aleksey Malışenko, tarix elmləri namizədi, politoloq, Beynəlxalq Əlaqələr İnstitutunun siyasi və hərbi analiz problemi şöbəsinin müdiri Serqey Markedonov; İrəvan tərəfdən Qafqaz institutunun direktoru Aleksandr İskandaryan və politoloq Aleksandr Markarov iştirak ediblər.
APA-nın məlumatına görə, ilk söz Moskva ekspertlərinə verilib. Aleksandr Malışenko məntəqənin açılışına pozitiv baxdığını bildirib. O, çıxışında Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin siyasi motivlərə görə bağlandığını vurğulayıb. Malışenko eyni zamanda Larsın indi necə işləməsi barədə məlumatı olmadığını da deyib. «Rusiya-Gürcüstan arasında o qədər problemlər yaranıb ki, əgər biz əlaqələrin genişləndirilməsinə şərait yarada bilməsək, bu illərlə davam edə bilər», deyə o bildirib.
Serqey Markedonov isə bildirib ki, Yuxarı Larsın açılması Ermənistanı az da olsa iqtisadi cəhətdən gücləndirəcək: «Erməni nümayəndələrinin bu tele körpüdə iştirakı vacibdir, çünki, bir vaxtlar, yəni 2006-cı ildə Yuxarı Larsın bağlanması Ermənistanı kökündən sarsıtdı. İndi Yuxarı Larsda balaca bir pəncərə açılıb və biz bununla iqtisadi inkişaf olacağına inanırıq. Əgər gələcəkdə Gürcüstan öz siyasətində korrektə edərsə, Rusiya ilə bu ölkə arasında istilik əmələ gələr və təyyarə reysləri açılar, eyni zamanda viza rejimi də aradan götürülər».
Zaal Kasrelişvili isə bildirib ki, telekörpüdə Azərbaycan tərəfindən də nümayəndə iştirak etməli idi. «Bunu gələcəkdə nəzərə almaq lazımdır», deyə vurğulayıb.
Qoqi Xaindrava öz növbəsində viza olmadan sərhədi keçməyin çətin olacağını qeyd edib. «Rusiya bazarını Gürcüstan üçün bağlayıb. Yuxarı Lars yolu real olaraq Ermənistan üçün açılıb. Buradan yenə də Gümrü bazasına silah daşınması qaçılmazdır. Sxinvali tərəfdə hərbi baza tikilir. Ümumiyyətlə, Larsı açanda bizə dost ölkə olan Azərbaycanın fikrini də öyrənmək lazım idi. Azərbaycan bu məntəqədən hansı yüklərin daşınmasından narahatdır. Eyni zamanda gürcü ictimaiyyətinin də xəbəri olmalı idi. Biz bu işdə heç bir tərəqqi görmürük», deyə o bəyan edib.
Aleksandr Rusetski Rusiyanın Qafqazda öz siyasətini yeritmək istədiyini bildirib: «İndi canfəşanlıq edirlər ki, bu nəzarət-buraxılış məntəqəsi açılsın. Avqust müharibəsi zamanı Rusiya koridor vermədi».
Telekörpüdə Rusiyadan Gümrü bazasına silah-sursat və paltar və digər ərzaqların indi də daşınacağı qeyd olunub. Aleksandr İskandaryan deyib ki, 2006-cı ildən indiyədək Ermənistana silah daxil olub və indi də daxil olur.
Telekörpüdə «erməni soyqırımı» barədə də danışılıb. Moskva ekspertləri qeyd ediblər ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində «soyqırım» barədə qətnamənin qəbulu Amerika-Türkiyə əlaqələrinə, eyni zamanda Ermənistan-Türkiyə proseslərinə təsir edəcək. Politoloq Aleksandr Markarov qeyd edib ki, bu məsələ Gürcüstan parlamentində də öz həllini tapacaq.
Jurnalistlərin «Yuxarı Larsın açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəkmi» sualını nə Moskva tərəfi, nə də İrəvan tərəfi cavablandırmayıb.
Telekörpüdə Türkiyə-Ermənistan sərhədinin açılması, Cavaxetiyada vəziyyətin mürəkkəb olması, Türkiyə-Ermənistan-Gürcüstan-Rusiya əlaqələri və Avqust müharibəsi zamanı Ermənistan ərazisindən Gürcüstan ərazisinin bombalanması barədə də fikirlər söylənilib.
Telekörpüdə eyni zamanda Gürcüstan ekspertləri nəzarət-buraxılış məntəqəsinin açılmasının Gürcüstana heç bir xeyri olmadığını vurğulayıblar.
MDB
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
Xəbər Lenti
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb