Bank Of Baku

ABŞ dövlət katibi Rusiyaya səfər edəcək

ABŞ dövlət katibi Rusiyaya səfər edəcək
# 11 mart 2010 02:57 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın dövlət katibi Hillari Klinton «gələn həftə Moskvaya səfər etməyi» planlaşdırır. APA-nın vz.ru saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Filip Krouli brifinqdə deyib.

Krouli qeyd edib ki, yaxın zamanlarda baş tutacaq səfərin planı «hələ dəqiq məlum deyil».

Bununla əlaqədar olaraq, Klintonun Moskvadan savayı hansısa digər paytaxtlara da baş çəkəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR