Bank Of Baku

Ukrayna parlamentində prezidentyönümlü yeni koalisiya formalaşıb

Ukrayna parlamentində prezidentyönümlü yeni koalisiya formalaşıb
# 11 mart 2010 09:58 (UTC +04:00)
Bakı – APA. Ukrayna Ali Radasının sədri Vladimir Litvin parlamentdə 235 millət vəkilindən ibarət yeni koalisiyanın formalaşdırıldığını elan edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, sədr yeni koalisiyaya Regionlar Partiyası, Kommunist Partiyası və Litvinin blokunun daxil olduğunu açıqlayıb: “Ukrayna Konstitusiyasının 83-cü və Ali Radanın reqlamentinin 61-ci maddəsinə uyğun olaraq Ali Radada “Sabitlik və islahatlar” deputat fraksiyaları koalisiyasının yarandığını və qeydə alındığını elan edirəm”.

V. Litvin koalisiya razılaşmasına adları çəkilən 3 siyasi qüvvənin parlament fraksiyaları rəhbərlərinin və ayrı-ayrı deputatların imza atdığını deyib. Sonra o, fasilə elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR