Bank Of Baku

Viktor Yanukoviç baş nazir, xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Xidmətinin rəisi vəzifələrinə namizədlərini təqdim edib

Viktor Yanukoviç baş nazir, xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Xidmətinin rəisi vəzifələrinə namizədlərini təqdim edib
# 11 mart 2010 10:49 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç Konstitusiyaya uyğun olaraq baş nazir, xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Xidmətinin rəisi vəzifələrinə təyinatlar üçün təqdimat verib. APA-nın “Ukrainskaya pravda”ya istinadən yaydığı xəbərə görə, Ali Radanın toplantısında çıxış edən V. Yanukoviç baş nazir vəzifəsinə Nikolay Azarovun namizədliyini irəli sürüb. O, xarici işlər naziri vəzifəsinə Konstantin Qrişşenko, müdafiə naziri vəzifəsinə Mixail Yejel, TX rəisi vəzifəsinə isə Valeri Xoroşkovskinin namizədliyini təqdim edib.

Qeyd edək ki, martın 11-də Ukrayna Ali Radasında prezidentyönümlü koalisiyanın formalaşdığı elan olunub. Koalisiyaya Regionlar Partiyası, Kommunist Partiyası, Litvinin bloku və ayrı-ayrı deputatlar daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR