Bank Of Baku

Ukraynada baş nazir Nikolay Azarovun rəhbərlik etdiyi yeni hökumət fəaliyyətə başlayıb

Ukraynada baş nazir Nikolay Azarovun rəhbərlik etdiyi yeni hökumət fəaliyyətə başlayıb
# 11 mart 2010 11:54 (UTC +04:00)
Baş nazir Yuliya Timoşenko 237 səs, onun başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri isə 238 səslə vəzifələrindən kənarlaşdırılıblar. Parlament 240 səslə yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Xatırladaq ki, Ukrayna Ali Radasında qərar qəbul etmək üçün azı 226 səsə ehtiyac var.


Nikolay Yanoviç Azarov 1947-ci ildə Rusiyanın Kaluqa şəhərində dünyaya gəlib. Moskva Dövlət Universitetini bitirib. İxtisası geoloq-geofizikdir. Ukrayna Nazirlər Kabinetinin Valyuta-Kredit Şurasının üzvü, Ali Radanın Büdcə komitəsinin sədri, Ukrayna Dövlət Vergi Administrasiyasının sədri, maliyyə naziri, baş nazirin 1-ci müavini vəzifələrində çalışıb. 2001-ci il martın 5-də Regionlar Partiyasının sədri seçilib, lakin yarım il sonra sədrlikdən istefa verib. Son prezident seçkilərində Viktor Yanukoviçin seçki qərargahının rəhbəri olub. Geologiya-mineralogiya elmləri doktoru, professor N. Azarov Ukrayna Elmlər Akademiyasının müxbir üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR