Bank Of Baku

Dmitri Medvedyev MDB ölkələrinin telekanallarına Rusiya ərazisində yayım həyata keçirmək imkanı yaratmağa hazır olduğunu bəyan edib

Dmitri Medvedyev MDB ölkələrinin telekanallarına Rusiya ərazisində yayım həyata keçirmək imkanı yaratmağa hazır olduğunu bəyan edib
# 11 mart 2010 12:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Rusiya Müstəqil Dövlətlər Birliyi ölkələrinin telekanallarına ölkə ərazisində qarşılıqlı əsaslarda yayım həyata keçirmək imkanı verməyə hazırdır”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya prezidenti Dmitri Medvedyev bildirib. Prezident deyib ki, məsələnin həlli kifayət qədər yüksək hazırlıq imkanları var: “Müvafiq yayımçılarla konkret danışıqlara başlamaq lazımdır. Mən bir sıra MDB dövlət başçıları ilə bu məsələni müzakirə etmişəm. Onlar müvafiq milli yayımın bizim peykdən istifadə etməsini istəyirlər. Əgər biz buna gediriksə, ədalətli tərəfdaş olaraq, ümid edirik ki, kanallarını bizim peykə “asan” ölkələr də qarşılıqlı addım atacaqlar”.
Prezident öz administrasiyası və hökumətə tapşırıq verib ki, MDB üzrə tərəfdaşlarla apardıqları danışıqlarda müvafiq pariteti təmin etsinlər.
«Bəzi MDB ölkələrində rusdilli medianın hansı çətinliklərlə üzləşməsi bizə yaxşı məlumdur. Bu həm yazılı, həm elektron kütləvi informasiya vasitələrinə, həm efir və kabel şəbəkələrinə aiddir. Bəzi MDB ölkələrində digər xarici kütləvi informasiya vasitələrinin iştirakı dəstəklənir, bu isə bizim ümumi humanitar məkana zərər vurur. Rusiya öz kanallarının MDB ölkələrinə yayımında maraqlıdır”.
D.Medvedyev həmçinin xatırladıb ki, Rusiyada həmişəlik və yaxud da müvəqqəti olaraq əslən MDB-dən olan çoxsaylı insanlar yaşayır. «Onlar buraya işləməyə gəlir və özləri ilə ənənələrini, adətlərini və dillərini gətirirlər. Onlar öz tarixi vətəni ilə eyniliyini və əlaqələrini qorumağa çalışırlar. Ona görə də mən tapşırıq vermişəm ki, müvafiq ölkələrin milli telekanallarının siqnallarının Rusiya ərazisində yayımı ilə bağlı təkliflər hazırlansın”.
Rusiyanın rabitə və kütləvi kommunikasiya naziri İqor Şeqolev deyib ki, MDB ölkələrinin milli telesiqnallarının Rusiyada yayılması məsələsi işlənilib. Belə kanalların “NTV+” peyk platformasında yerləşdirilməsi ən optimal həlldir.
Onun sözlərinə görə, bu məsələnin hüquqi və texniki tərəfləri ilə bağlı MDB-dəki tərəfdaşlarla danışıqlar aparılıb. “Qazprom-Media”nın baş direktoru Nikolay Senkeviç məlumat verib ki, holdinq öz hesabına MDB ölkələrinin telekanallarını «NTV+» platformasında yerləşdirmək qərarına gəlib. «NTV+»un yeni potensial abunəçiləri milli telekanallarının yayımına simvolik qiymətə - 50 manata baxa bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR