Bank Of Baku

Çeçenistanda dörd yaraqlı öldürülüb

Çeçenistanda dörd yaraqlı öldürülüb
# 11 mart 2010 19:35 (UTC +04:00)
Bakı – APA. Çeçenistanın cənubunda dağlarda dörd yaraqlı öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə martın 11-də jurnalistlərə açıqlamasında Çeçenistan prezidenti Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, Şatoy rayonunda yerli Daxili İşlər orqanları və digər güc strukturları əməkdaşlarının həyata keçirdikləri birgə xüsusi əməliyyat nəticəsində Noxç-Keloy yaşayış məntəqəsində qeyri-qanuni hərbi birləşmənin dörd üzvü məhv edilib.

Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov öldürülən yaraqlılardan üçünün şəxsiyyətinin artıq müəyyənləşdirildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR