Bank Of Baku

Dağıstandakı partlayışla əlaqədar Tümen-Bakı və Bakı-Tümen qatarları dayandırılıb

Dağıstandakı partlayışla əlaqədar Tümen-Bakı və Bakı-Tümen qatarları dayandırılıb
# 12 mart 2010 02:06 (UTC +04:00)
Bakı-APA. Mahaçqala ətrafında dəmir yolunun partladılması nəticəsində 2 sərnişin qatarı dayandırılıb. APA-nın məlumatına görə, Rusiya Dəmir Yollarının (RDY) yaydığı press-relizdə bu barədə bildirilir.

«Hadisə nəticəsində 373 saylı Bakı-Tümen və 374 saylı Tümen-Bakı qatarları dayandırılıb. Bütün sərnişinlər su və isti qidayla təmin olunacaqlar», deyə press-relizdə qeyd olunur.

Partlayıcı qurğu martın 11-i axşam yük qatarının yolu üzərində işə düşüb. Tələfat yoxdur. Partlayış nəticəsində lokomotivlə birgə 14 vaqon relsdən çıxıb. Hadisə yolun Mahaçqala-Port-Tarku hissəsində baş verib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

RDY-nin məlumatına görə, dəmir yolunun sıradan çıxmış hissəsinin bərpasına hüquq-mühafizə orqanlarının müvafiq icazəsindən sonra başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR