Bank Of Baku

Qazaxıstanda təbii fəlakət baş verib, çoxlu sayda ölən və yaralanan var

Qazaxıstanda təbii fəlakət baş verib, çoxlu sayda ölən və yaralanan var
# 12 mart 2010 14:33 (UTC +04:00)
Astana-APA. Almatı vilayətində Kızıl-Aqaş su bəndinin uçması nəticəsində ən azı 20 nəfər həlak olub. APA-nın məlumatına görə, ölənlərin meyitləri regionun kəndlərindən birində tapılıb. Kəndin adı açıqlanmasa da, baş verən daşqın nəticəsində ən azı 60 evin su altında qaldığı bildirilir. Su bəndinin aramsız leysan yağışları səbəbilə uçduğu güman olunur. Hazırda fəlak zonasından əhali evakuasiya olunur. Almatı vilayətində magistral yollar bağlanıb, dəmiryolu ilə qatarların hərəkəti dayandırılıb. Bije çayının daşması nəticəsində su 40 metr məsafədə dəmiryolu xəttini tamamilə sıradan çıxarıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR