Bank Of Baku

Qazaxıstan prezidenti 70 illik yubileyinin qeyd olunmasını qadağan edib

Qazaxıstan prezidenti 70 illik yubileyinin qeyd olunmasını qadağan edib
# 13 mart 2010 03:11 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünün 70 illik yubileyinin istənilən şəkildə qeyd olunmasını qadağan edib. Bu barədə APA «Novosti-Kazaxstan»-a istinadən xəbər verir.

«Əgər kimsə bununla bağlı nəsə etsə, mən həmin şəxsi işdən azad edəcəyəm», - deyə Prezident bildirib.

«Mənə heç bir hədiyyə lazım deyil. Əgər istəyirsinizsə, birinci ilin birinci yarısı üçün ölkənin sənaye-innovasiya inkişaf proqramını yerinə yetirin, mən də sizə minnətdar olum», deyə Prezident vurğulayıb

Nazarbayev onu da qeyd edib ki, ad gününün adi gün olduğunu bildirib və akimlərə Qazaxıstanın 20 illiyinin qeyd olunmasına hazırlaşmağı məsləhət görüb.

Qeyd edək ki, Nursultan Nazarbayevin 70 yaşı 2010-cu il iyulun 6-da qeyd olunacaq. Həmin gün Qazaxıstanda «paytaxt günü» qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR